� |
اهر هاراي ايران تورك فيلتر شد. بلاقا گؤره سون یازی لار
+0 به يه ن
Şuşanın işğalından 21 il ötür21 سال از اشغال شهر شوشا گذشتBu gün Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür Azərbaycanın
bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan
Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı
başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan
faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480
günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz
yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə
bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra
tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya
Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə
279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana
məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə
nail olublar. Onlar Şuşada Məscidləri, 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2
kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə
1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal
etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin
nəzarətinə keçib.
تهران هاراي: نسلكشي و جنايت توسط ارامنه يا تركان،كدام يك؟ بيست ويكمين سال اشغال شهر شوشا نسل كشي ارامنه در آذربايجان ( جيلولوق ) بؤلوم : بؤلوم لر یولداش لار باغلانتی لار
یارپاق لار سایغاج
|
� |
� | � |